Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Hindistandan edilən boykot çağırışlarına Rəsmi Bakının reaksiyası

Hindistandan edilən boykot çağırışlarına Rəsmi Bakının reaksiyası

Hindistandan edilən boykot çağırışlarına Rəsmi Bakının reaksiyası
2025-05-10 , 17:44

Azərbaycanın Pakistan-Hindistan məsələsində mövqeyi beynəlxalq hüquqa əsaslanır.

Yenilik.az  APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, son gərginliyin başlama səbəbi Pakistan ərazisinə zərbələr endirilməsi olub:
“Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bir dövlətin digər dövlətin ərazisinə zərbələr endirməsinin qəbuledilməzliyini söylədik. Bizim çağırışlarımız hər iki tərəfə bu gərginliyə ən qısa zamanda son qoymaq, bu problemin siyasi diplomatik müstəvidə həll edilməsidir”.
Nazir Hindistan tərəfindən Azərbaycana qarşı boykot çağırışlarına münasibət bildirib:
“Kimsə bizim mövqeyimizdən narazıdırsa, buna daha diqqətlə baxsın. Biz burada çox məntiqli yanaşma sərgiləyirik”.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Hindistan ilə Pakistan arasında gərginliyin artması ilə bağlı yaydığı bəyanat Hindistanda etirazla qarşılanıb və Azərbaycana qarşı boykot çağırışlarına səbəb olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.