Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri başa çatıb

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri başa çatıb

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri başa çatıb
2025-07-13 , 01:30

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb.

Yenilik.az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Suriya Prezidenti Əhməd əş-Şaraanı Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.