Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər

Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər

Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər
2025-07-15 , 22:01

Azərbaycanlılara Rusiyadan vətənə pul göndərmək qadağan oluna bilər.

Rusiyada miqrantların rəsmi maaşdan artıq məbləğdə pul vəsaitini xaricə göndərməsinə qadağa qoyula bilər.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının “Yeni İnsanlar” fraksiyasının təmsilçiləri Rusiya Mərkəzi Bankının rəhbərliyinə məktub göndəriblər. Məktubda təklif olunur ki, əgər əcnəbi vətəndaş rəsmi gəlirindən artıq məbləğdə pul köçürmək istəsə, bu halda o, leqal gəlirini təsdiq edən maliyyə sənədləri, yəni gəlir bəyannaməsi təqdim etməlidir.
Bu təşəbbüs bir çox MDB ölkələrinin, o cümlədən Azərbaycanın vətəndaşlarını da əhatə edə bilər. Çünki Rusiyada on minlərlə azərbaycanlı əmək miqrantı kimi çalışır və mütəmadi olaraq ailələrinə pul göndərir.
Təklif hələ qüvvəyə minməyib, lakin müzakirəyə çıxarılacağı halda miqrantların maliyyə əməliyyatlarına ciddi təsir göstərə bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.