Yenilik.Az
www.Yenilik.Az » Ölkə » İsti hava nə vaxtadək davam edəcək? - Rəsmi CAVAB

İsti hava nə vaxtadək davam edəcək? - Rəsmi CAVAB

İsti hava nə vaxtadək davam edəcək? - Rəsmi CAVAB
2025-08-04 , 17:27

Son illər avqust ayının bəzi günlərində ölkə ərazisində havanın temperaturu iqlim normasından 4.5-7.4° yüksək olub.


Bu barədə Bakupost.az -a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Məlumata görə, bu ilin avqust ayının ilk günlərində isə havanın temperaturu iqlim norması ilə müqayisədə 4-4.4° yüksəkdir. Belə hava şəraiti avqust ayı üçün xarakterikdir.

O bildirib ki, ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi ehtimal edilir.

“Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 29-34, Mərkəzi Aran, eyni zamanda Naxçıvan MR-da 35-40, bəzi yerlərdə isə 41 dərəcəyədək isti olacağı gözlənilir. Avqustun 9-dan isə şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da istilik effektini nisbətən azaldacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.