Mediasiya Şurası ötən il 500-dən çox maarifləndirici seminar, təlim, konfrans təşkil edib - HESABAT
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, Mediasiya Şurası il ərzində ictimaiyyətə hər rübdə bir dəfə olmaq şərti ilə rüblük hesabat təqdim edir: “Eyni zamanda rüblük hesabatlar və mediasiya təşkilatlarının nəticələri illik yekun hesabat olaraq da ictimaiyyətə təqdim edilir. Odur ki, Mediasiya Şurası fəaliyyətə başladığı gündən yaratdığımız ənənəyə sadiq qalaraq, 2025-ci il üzrə yekun illik hesabatımızı ictimaiyyətə təqdim edirik”.
Daxil olan müraciətlərdən 49.494 müraciət tamamlanıb. Tamamlanan işlərdən ilkin mediasiya sessiyasında yalnız bir tərəfin iştirak etdiyi işlərin ümumi sayı 24.297, tam mediasiya sessiyasına keçdikdən sonra davam etdirilməyən işlərin ümumi sayı 9.034, ümumiyyətlə isə mübahisə üzrə müraciətdən imtina edən şəxslərin sayı isə 8.030 nəfər təşkil edib. Bu isə o dəməkdir ki, bu şəxslər mediasiya zamanı fikrini müsbətə doğru dəyişərək mübahisələrini mediasiya mərhələsində öz aralarında, həmçinin mediatorun iştirakı ilə həll ediblər.
2025-ci il ərzində mediatorlar tərəfindən ümumilikdə 8.133 barışıq sazişi imzalanıb ki, bu da təhlil olunan bütün indikatorlar üzrə 47.4% uğurlu nəticə deməkdir. Əldə edilən barışıqlardan 7.394 barışıq ailə, 434 barışıq əmək, 42 barışıq kommersiya, 257 barışıq mülki mübahisələrlə bağlı müraciətlər üzrədir. Bakı şəhərindən 4 müraciət, Goranboy rayonundan 2 müraciət olmaqla, ümumilikdə 6 müraciət isə probasiya nəzarətində olan şəxslərin barışdırılması ilə nəticələnib. Probasiya nəzarətində olan şəxslərin işləri üzrə uğurlu barışıq sazişləri sahəsində nailiyyət Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə birlikdə əməkdaşlıq nəticəsində baş tutub.
Hazırda ölkə üzrə Mediasiya Şurasının üzvü olan 396 mediator fəaliyyət göstərir. Onlardan 141 nəfəri qadın, 255 nəfəri isə kişidir. Mediatorların 216 nəfəri Bakı şəhərində, 6 nəfəri Naxçıvan Muxtar Respublikasında, 174 nəfər isə regionlar üzrə fəaliyyət göstərir. Mediasiya təşkilatlarının ölkə üzrə sayı 71-dir. Təşkilat direktorlarının 14 nəfəri qadın, 57 nəfəri isə kişidir. 2026-cı il tarixində aidiyyəti dövlət qurumu ilə birlikdə mediasiya təşkilatları olmayan rayonlarda mediasiya təşkilatlarının dövlət qeydiyyatına alınması planlaşdırılır.
2025-ci il eyni zamanda Mediasiya Şurasının beynəlxalq əlaqələri üçün də çox əhəmiyyətli il olub. Belə ki, bir neçə ölkə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Mediasiya haqqında” Qanunu nümunə götürərək öz milli qanunvericiliklərinə tətbiq ediblər.
Mediasiya Şurası 2025-ci ildə 8 sayda nəzəri ədəbiyyat nəşr edib, 500-dən çox maarifləndirici seminar, təlim, konfrans təşkil edib.
Mediasiya Şurasının 1927 qaynar xəttinə daxil olan müraciətlərin sayı 575 olub. Bu müraciətlər çevik şəkildə araşdırılaraq vətəndaşların müraciətləri həll edilib.
Mediasiya Şurasının İntizam Komissiyası 2025-ci ildə komissiya üzvlərinin iştirakı ilə müxtəlif məsələlər, o cümlədən mediatorlar və mediasiya təşkilatları tərəfindən yol verilən pozuntular ilə əlaqədar 21 iclas keçirib. Qeyd edilən iclasların gündəliyinə 75 məsələ daxil edilib ki, bunlardan mediasiya xidmətləri sahəsində preventiv tədbirlərin görülməsi ilə bağlı məsələlər, o cümlədən qanunvericilikdə edilmiş dəyişikliklərə, mediasiya fəaliyyətinin və təlim qaydalarının təkmilləşdirilməsi, mediasiyanın inkişafı ilə bağlı yeni layihə və blank nümunələrinin hazırlanması, ədliyyə, məhkəmə, prokurorluq və s. orqanlardan daxil olan müraciətlərə (təklif, təqdimat, xüsusi qərardad və s.) operativ və şəffaf əsaslarla baxılması, həmçinin intizam icraatı başlanmış şikayətlərin araşdırılması və Rəy hazırlanması üçün komissiya üzvləri arasında bölüşdürülməsi məsələlərinə həsr olunub. İntizam Komissiyasının təqdimatı əsasında Mediasiya Şurasının İdarə Heyəti tərəfindən 15 nəfər mediator üzərində intizam icraatı tətbiq edilib. 5 mediatora irad tutma, 9 mediatora töhmət, 1 mediatora isə 3 ay mediator fəaliyyətinin dayandırılması ilə bağlı intizam icraatı tədbiri tətbiq olunub. Bundan əlavə isə intizam icraatından kənar icraatlar üzrə 12 mediatora fəaliyyətlərində ciddi dönüş yaratmaq məqsədi ilə şifahi və yazılı xəbərdarlıq edilərək profilaktik söhbətlər aparılıb.
Nadir Adilov qeyd edib ki, 2025-ci il ərzində 20-dən çox beynəlxalq konfransda 60-dan çox Mediasiya Şurasının üzvü olan mediator iştirak edib, xarici ölkələrin mediasiya təcrübəsinin həyata keçirilməsində fəallıq göstərərək, beynəlxalq sertifikatlar əldə ediblər.
“Mediasiya Şurası Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində türkdilli ölkələrin mediasiya birlikləri və mediatorları ilə qarşılıqlı əməkdaşlığı 2025-ci ildə də davam edib və türkdilli dövlətlərin mediasiya sahəsində təcrübəsi qarşılıqlı şəkildə öyrənilib. Mediasiya Şurası öncəki fəaliyyəti dövründə olduğu kimi, Azərbaycan Respublikasının bütün dövlət qurumları ilə sıx və səmərəli əməkdaşlıq edib və bu əməkdaşlıq nəticəsində mediasiya institutunun inkişafı sahəsində çox ciddi nəticələr əldə edilib”- deyə, Nadir Adilov fikirlərini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR

Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12