Vəzifəli məmurun qardaşı oğlu erməni Karina ilə evli imiş: 10 il gizlədilən sirr üzə çıxdı - ŞOK FOTOLAR
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Rauf Vəliyevin ailə çevrəsi ilə bağlı ictimai rezonans doğuran məlumatlar üzə çıxıb.
Musavat.com xəbər verir ki, məlumatlar dəqiqləşdirilib və bir neçə mənbə tərəfindən yoxlanıldığı bildirilir. Söhbət birbaşa sabiq yüksək vəzifəli məmurun özündən deyil, onun birinci dərəcəli qohumu olan şəxsin şəxsi və ailə münasibətlərindən gedir.

Anar Vəliyev ətrafı və erməni arvadı ilə Antalyada, 2014
Məlumata görə, Rauf Vəliyevin qardaşı oğlu Anar Vəliyev Rusiya vətəndaşıdır və uzun illərdir Moskvada yaşayır. Bildirilir ki, Anar Vəliyev artıq 10 ildən çoxdur erməni əsilli Karina Navasardyanla qeyri-rəsmi, yəni vətəndaş nikahında yaşayır və bu münasibətdən bir övladları var. Qeyd olunur ki, Anar Vəliyev müxtəlif illərdə Azərbaycanda bir neçə dəfə nişanlansa da, nəticədə hər dəfə bu nişanlar pozulub və o, erməni ailəsini üstün tutub.

Anarın Moskvadakı "kruqu"
Mənbələrin iddiasına əsasən, Anar Vəliyev Rusiya xüsusi xidmət orqanlarına yaxın çevrələrlə əlaqələrə malikdir və eyni zamanda erməni diaspor strukturları ilə təmasdadır. Bildirilir ki, onun şəxsi həyatında ciddi nəzarət rejimi mövcuddur. Belə ki, Anar Vəliyev Azərbaycandakı dostları, qohumları və keçmiş nişanlıları ilə əlaqə saxladığı telefonu avtomobilində gizlədir, evə daxil olarkən bu telefonu söndürür, həyat yoldaşının yanında isə yalnız Rusiyadakı çevrəsi və Karina Navasardyanın icazə verdiyi şəxslərlə danışdığı ayrı bir telefon vasitəsilə ünsiyyət qurur.

Anar Vəliyevin erməni arvadı Karina və ondan olan qızı
İddialara görə, bu münasibət Anar Vəliyevin Azərbaycandakı nüvə ailəsinə, eləcə də əmisi Rauf Vəliyevə uzun müddət məlum olub və fakt illərdir ört-basdır edilib. Qeyd edilir ki, kökləri Qarabağın Cəbrayıl rayonundan olan Vəliyevlər ailəsinin böyük əksəriyyəti bu evlilikdən xəbərsizdir və ailənin əksər üzvləri Azərbaycan düşməni kimi qəbul edilən bir millətlə qohumluğa prinsipial olaraq mənfi yanaşır. Buna baxmayaraq, fakt ondan ibarətdir ki, uzun illər ölkədə yüksək vəzifələr tutmuş bir məmurun qardaşı oğlunun erməni ailəsi mövcuddur.

Anar Vəliyev və erməni arvadı Karina
Məsələ təkcə ailə münasibətləri çərçivəsində qiymətləndirilmir. Ekspertlər bildirirlər ki, Ermənistanla uzunmüddətli münaqişə vəziyyətində olmuş, hələ də sülh müqaviləsi imzalamamış bir ölkə üçün yüksək vəzifəli məmurların birinci dərəcəli qohumlarının bu cür ailə və xarici əlaqələri milli təhlükəsizlik kontekstində risk amili kimi dəyərləndirilə bilər. Xüsusilə Rusiya kimi kəşfiyyat savaşlarının aktiv getdiyi bir ölkədə, erməni diasporu ilə sıx bağlı çevrələrdə yaşayan şəxslərin Azərbaycanla bağlı hər hansı həssas məlumatlara çıxış imkanları cəmiyyətdə haqlı suallar doğurur.

Xatırladaq ki, Anar Vəliyevin əmisi Rauf Göyüş oğlu Vəliyev 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. O, 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1990–1997-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisinə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, idarənin xarici əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışıb, 1997-ci ildən həmin idarənin xarici əlaqələr üzrə müavini olub. Sonrakı illərdə ARDNŞ-də müxtəlif rəhbər vəzifələrdə işləyib.

Azərbaycan Prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. O, 2011-ci ildə “Əməkdar mühəndis” fəxri adına, 2018-ci ildə 2-ci dərəcəli “Əmək” ordeninə, 2025-ci il avqustun 11-də isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. 16 yanvar 2026-cı ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Musavat.com mövzu ətrafında araşdırmanı davam etdirir və yeni faktlar əldə olunduqca ictimaiyyətə təqdim edəcəyini bildirir.
Musavat.com
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
Media nümayəndələri təltif edildi - Siyahı
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12