Fərid Əkbərli: Dayanıqlı şəhərlərin gələcəyi Bakıda formalaşacaq
2026-cı ilin may ayında paytaxt Bakı Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına ev sahibliyi edəcək. Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin Gənclər Təşkilatının sədri Fərid Əkbərli bu barədə (saytın adı) açıqlamasında bildirib.
Onun sözlərinə görə, 17–22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək forum urbanizasiya və şəhər inkişafı sahəsində qlobal miqyasda ən mühüm platformalardan biri hesab olunur. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, şəhərsalma üzrə mütəxəssislər, memarlar və urbanistika sahəsində fəaliyyət göstərən ekspertlər iştirak edəcəklər.
Fərid Əkbərli qeyd edib ki, forum çərçivəsində müasir şəhərlərin inkişaf perspektivləri, urbanizasiya proseslərinin idarə olunması, dayanıqlı yaşayış mühitinin formalaşdırılması və sosial rifahın təmin edilməsi kimi məsələlərin geniş müzakirəsi nəzərdə tutulur. Onun sözlərinə görə, urbanizasiya prosesinin sürətlənməsi şəhərlərin inkişafına yeni yanaşmaların tətbiqini zəruri edir və əhali artımı, infrastruktur ehtiyaclarının genişlənməsi, ekoloji problemlər, sosial bərabərlik kimi məsələlər şəhər planlaşdırılması siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Açıqlamada bildirilib ki, forum çərçivəsində şəhərlərin dayanıqlı inkişafı, müasir urbanizasiya modelləri, iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri, yaşayış məkanlarının təhlükəsizliyi və şəhər infrastrukturlarının inkişafı kimi mövzular diqqət mərkəzində olacaq. Bu müzakirələrin şəhərlərin daha təhlükəsiz və yaşana bilən məkanlara çevrilməsi istiqamətində yeni yanaşmaların formalaşmasına töhfə verəcəyi gözlənilir.
Fərid Əkbərli vurğulayıb ki, Bakının belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın qlobal platformalarda artan rolunun və beynəlxalq əməkdaşlıq sahəsində güclənən mövqeyinin göstəricisidir. O qeyd edib ki, son illər paytaxtın infrastrukturunun müasirləşdirilməsi və müasir şəhərsalma layihələrinin həyata keçirilməsi Bakının regionun mühüm urbanistik mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb.
O həmçinin bildirib ki, beynəlxalq media qurumları da forumun Bakıda keçirilməsinə xüsusi diqqət ayırır. Türkiyənin tanınmış televiziya kanallarından biri olan Haber Global bu mövzu ilə bağlı hazırladığı süjetdə Bakının qlobal tədbirlərə ev sahibliyi edən mühüm mərkəzlərdən biri olduğunu qeyd edib.
F.Əkbərli əlavə edib ki, Ümumdünya Şəhərsalma Forumu ilk dəfə 2002-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilib və həmin vaxtdan etibarən hər iki ildən bir dünyanın müxtəlif şəhərlərində təşkil olunur. Forumun əsas məqsədi şəhərlərin təhlükəsiz, inklüziv və dayanıqlı inkişafına töhfə vermək, müxtəlif ölkələrin təcrübəsini paylaşmaq və gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsinə dəstək göstərməkdir.
Onun sözlərinə görə, 2026-cı ildə Bakıda keçiriləcək XIII sessiyanın şəhərsalma sahəsində qlobal dialoqun genişlənməsinə, təcrübə mübadiləsinə və dayanıqlı şəhər inkişafı istiqamətində yeni yanaşmaların formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR

Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Prezident XIII Qlobal Bakı Forumunun AÇILIŞINDAYENİLƏNİB
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ABŞ-ın Vitse-prezidenti Cey Di Vensə açıq məktub ünvanlayıblar
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezidentlər Birgə Bəyanat imzaladılar
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
Sumqayıtda 2025-ci ilin yekunları müzakirə olundu
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14