Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azərbaycanla Səudiyyə Ərəbistanı arasında saziş təsdiq edildi

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında saziş təsdiq edildi

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında saziş təsdiq edildi
2023-07-08 , 20:14

Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, 2023-cü il mayın 24-də Ər-Riyad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilir.
Azərbaycanın Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycanın Xarici İşlər Nazirliyi Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə bildiriş göndərməlidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.