Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Əliyev Pezeşkiana başsağlığı verdi

Əliyev Pezeşkiana başsağlığı verdi

Əliyev Pezeşkiana başsağlığı verdi
2024-09-23 , 16:21

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.

Yenilik.az xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Təbəs şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.