Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mehriban Əliyeva Marianna Vardinoyannisin vəfatı ilə bağlı başsağlığı verib  

Mehriban Əliyeva Marianna Vardinoyannisin vəfatı ilə bağlı başsağlığı verib

 

Mehriban Əliyeva Marianna Vardinoyannisin vəfatı ilə bağlı başsağlığı verib

 
2023-07-25 , 16:38

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri, yunan xeyriyyəçisi, insan haqları və uşaq sağlamlığı müdafiəçisi Marianna Vardinoyannisin vəfatı ilə bağlı başsağlığı verib.

AZƏRTAC-ın məlumatına görə, başsağlığında deyilir:
“Səmimi dostum, əziz və dəyərli insan olan Mariannanın vəfatı məni dərindən sarsıtdı. Yaxın insanı itirmək ağrısı heç nə ilə müqayisə oluna bilməz.
Qəlblərimizi dolduran bu kədər hissini ifadə etməyə söz tapmaq çətindir.
Görkəmli ictimai xadim, vəfalı ömür-gün yoldaşı, etibarlı dost – Marianna onu tanıyanlar üçün xeyirxahlıq, nəciblik, mərhəmət, şəfqət rəmzi idi.
O, parlaq, çalışqan, təşəbbüskar, insanların ağrı-acısını dərindən hiss etməyi bacaran əvəzsiz şəxsiyyət olaraq yaddaşlarda qalacaqdır.
Marianna Vardinoyannis həm də Azərbaycanın səmimi dostu idi. Təsadüfi deyil ki, onun Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilmişdi.
Marianna ilə görüşlərimiz zamanı yaratdığı sevgi dolu, xoş və unudulmaz xatirələr daim qəlbimdə yaşayacaqdır.
Bu ağır günlərdə dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.