Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Gəl səni qucaqlayım, gözün aydın” – Ərdoğanla Əliyev arasında səmimi anlar (VİDEO)

“Gəl səni qucaqlayım, gözün aydın” – Ərdoğanla Əliyev arasında səmimi anlar (VİDEO)

“Gəl səni qucaqlayım, gözün aydın” – Ərdoğanla Əliyev arasında səmimi anlar (VİDEO)
2025-05-21 , 22:10

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında səmimi anlar yaşanıb.

Görüş zamanı Prezident Ərdoğan İlham Əliyevi görəndə gülümsəyərək,“Gəl səni qucaqlayım. Gözün aydın. İkinci gəldi, maşallah. Buradadır?”, – sözləri ilə onu nəvəsinin dünyaya gəlməsi münasibətilə təbrik edib.
Daha sonra söhbətə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev də qoşulub və liderlər arasında dialoq daha səmimi mühitdə davam edib. Ərdoğan zarafatla Əliyevə: “Bu heç qocalmır”, – deyərək Tokayevin ənc görünüşünə eyham vurub.
Liderlər ailə həyatları haqqında da söhbət ediblər.
“İlham qardaşımın nəvələrinin sayı 9 oldu. Mənim də nəvələrim 9. Gələcək təminat altındadır”, – deyə Ərdoğan bildirib.
“AzPolitika.info”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.