Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır”

“İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır”

“İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır”
2025-05-26 , 22:04

“Əfsuslar olsun ki, soydaşlarımızın qovulduğu və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda da xalqımızın zəngin maddi-mənəvi irsini şüurlu və planlı şəkildə tamamilə məhv etmək və ya saxtalaşdırmaq, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti aparılır”.

Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.
Dövlətimizin başçısı vurğulayıb ki, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan qazılığının fəaliyyətinin bərpası barədə qərarın qəbul edilməsi tarixi ədalətin təmin olunması, Qərbi Azərbaycanda yerləşən mədəni və dini-mənəvi irsimizin məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan vacib addımdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.