Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Sevil Əliyevanın oğlu bu məşhurun nəvəsi ilə ailə qurub

Sevil Əliyevanın oğlu bu məşhurun nəvəsi ilə ailə qurub

Sevil Əliyevanın oğlu bu məşhurun nəvəsi ilə ailə qurub
2025-06-23 , 15:30

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub. Toy şənliyi dünən axşam Cea Breeze-də yerləşən restoranlardan birində baş tutub.

 
Mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib. Publika.az-ın əldə etdiyi məlumata görə, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib. Onun "Pasha Holding"ə məxsus "Pashabank"da işlədiyi bildirilir.
 
Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və Sabir Rüstəmovun nəvəsidir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.