Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » "Pakistan hərbçiləri Azadlıq meydanında bizimlə bərabərdirlər" - Dövlət başçısı

"Pakistan hərbçiləri Azadlıq meydanında bizimlə bərabərdirlər" - Dövlət başçısı

2025-11-08 , 16:25

Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər.

Yenilik.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.

"Qardaş Pakistanın baş naziri bu gün bizim qonağımızdır. Pakistan xalqı və dövləti 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərib. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.