Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azərbaycan Prezidenti: Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir

Azərbaycan Prezidenti: Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir

Azərbaycan Prezidenti: Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir
2025-11-24 , 22:33

Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir.

 
Yenilik.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.
 
Dövlətimizin başçısı qeyd edib ki, ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.