Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Ərdəbildə Azərbaycan Bayrağı qaldırıldı

Ərdəbildə Azərbaycan Bayrağı qaldırıldı

Ərdəbildə Azərbaycan Bayrağı qaldırıldı
2026-04-28 , 13:00

İranda Azərbaycan Bayrağı qaldırmaq uzun illərdir nəinki qadağan edilib, hətta buna görə, cinayət işlərinin açılması halları da olub.

Yenilik.az xəbər verir ki, rəsmi Tehran başqa ölkələrdən fərqli olaraq, Azərbaycan Bayrağının qaldırılmasına “separatçıllıq” kimi yanaşıb.
Lakin son müharibədən sonra İran tarixində bir ilk yaşanıb. Belə ki, Ərdəbildə hakimiyyət xeyrinə keçirilən dəstək aksiyasında Azərbaycan Bayrağı qaldırılıb.
Azərbaycanı mütəmadi olaraq tənqid edən və təxribatla məşğul olan “Səhər” kanalı isə bu hadisəni “Azərbaycanın müsəlman xalqı ilə qəhrəman İran xalqının həmrəyliyi” adlandırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.