Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentin köməkçisindən WUF13 açıqlaması: “Ən böyüyüdür”

Prezidentin köməkçisindən WUF13 açıqlaması: “Ən böyüyüdür”

Prezidentin köməkçisindən WUF13 açıqlaması: “Ən böyüyüdür”
2026-05-18 , 12:56

“İqlim dəyişikliklərinin təsirlərinə və əlverişsiz hava şəraitinə baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə işə başlayıb”.

Yenilik.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
“Azərbaycanda qlobal urbanizasiya gündəliyinin gələcək konturları müəyyənləşdirilir. Bu il keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) indiyədək təşkil olunan forumlar arasında ən böyüyüdür. Tədbirdə 40 mindən çox iştirakçı iştirak edir”, - H.Hacıyev bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.