Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Həkim-pediatr: “İkiaylıq uşaq 15 dəqiqədən bir acmamalıdır”

Həkim-pediatr: “İkiaylıq uşaq 15 dəqiqədən bir acmamalıdır”

Həkim-pediatr: “İkiaylıq uşaq 15 dəqiqədən bir acmamalıdır”
2023-08-02 , 17:16

“İkiaylıq uşaq 15 dəqiqədən bir qidalanırsa, bu normal deyil”.

Bu barədə Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı İlhamə Mirzəyeva nazirliyin rəsmi “Instagram” səhifəsində ana südü ilə bağlı məlumat verərkən deyib.
O bildirib ki, ikiaylıq uşaq gün ərzində altı-yeddi dəfə ana südü ilə qidalanmalıdır:
“Uşaq tez-tez acırsa, bunun müxtəlif səbəbləri ola bilər. Bu zaman uşağın çəkisinə baxmaq lazımdır. Əgər uşağın çəkisi artmırsa, ana südünün tərkibinin zəngin olmamasından irəli gələ bilər. Əgər çəkidə geri qalırsa, bu anada laktasiya problemi olduğunu göstərir. Ola bilər ki, ananın qidalanması zəifdir və südün tərkibi zəngin olmur. 
Ya da nevroloji problemlə bağlı ola bilər. Mütləq uşağı pediatr və nevroloq müayinə etməlidir. Yox əgər ana südündə problem yoxdursa, uşaq doysa da, yenidən yemək istəyirsə, bu, nevroloji problemlərdən xəbər verə bilər. Mütləq bu məsələ araşdırılmalıdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.