Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Bolt”la bağlı narazılıq: Vəsaitin artıq çıxılması, köhnə avtomobillər... - AÇIQLAMA

“Bolt”la bağlı narazılıq: Vəsaitin artıq çıxılması, köhnə avtomobillər... - AÇIQLAMA

“Bolt”la bağlı narazılıq: Vəsaitin artıq çıxılması, köhnə avtomobillər... - AÇIQLAMA
2025-02-11 , 18:52

"Elə bil ki, bu ölkədə qiymət qaldırmaq üzrə yarış gedir, taksi xidmətindən də yan keçmir. Həmçinin tez-tez müşahidə edirik ki, "Bolt" xidmətinin maşınlarının çoxu köhnədir. Halbuki bu cür taksilər barədə tədbir görülmüşdü. Ən yüksək səviyyədə bildirilirdi ki, köhnə taksilərin sayı ən az iki dəfə azaldılıb, dövriyyədən çıxarılıb. Amma görürsən ki, qiyməti bahalaşdırmalarına baxmayaraq, sifarişlər üçün köhnə maşınlar da fəaliyyət göstərir, ciddi şəkildə narazılıq yaradır. Xidmət haqqı ilə bağlı sui-istifadə hallarına yol verilir. Bəzən sistemdə göstərilən məbləğdən daha artığı tələb olunur. Maraqlıdır, aidiyyəti təşkilatlar belə vəziyyətə niyə nəzarət etmirlər? Yalnız qiyməti qaldıra bilirlər?".

 
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

"Guya taksilərin sayının azaldılması ilə əhaliyə daha keyfiyyətli xidmət göstəriləcəkdi, tıxac azalacaqdı. Bu kimi ideyalar irəli sürürdülər. Ən əsası isə vətəndaşların hüquqlarının müdafiəsi, onların artıq pul xərcləməmələri, keyfiyyətli taksi xidmətindən istifadə etmələridir. Bu hüquqların da pozulduğunu görürük. Tədbir görülməlidir. Vətəndaşlar aidiyyəti qurumların nəzarətini hiss etməlidirlər", - o bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.