Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Melissa park” tikinti şirkəti ilə sakinlər arasında münaqişə yaşanır – VİDEO

“Melissa park” tikinti şirkəti ilə sakinlər arasında münaqişə yaşanır – VİDEO

“Melissa park” tikinti şirkəti ilə sakinlər arasında münaqişə yaşanır – VİDEO
2025-07-17 , 14:03

Bakıda tikinti şirkəti binaların həyətinə girən yolu bağlamaq və darvaza qoymaq istəyir. Sakinlər isə buna imkan vermir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Yasamal rayonu, “Melissa park” yaşayış kompleksindən gedir.
Bu ünvanda sözgedən şirkətin tikdiyi 17 ədəd 22 mərtəbəli binanın sakinləri evlərinə, eləcə də şəhərə gedib-gəlmək üçün qısa yoldan istifadə edir. İndi isə şirkət rəhbərliyi yolu bağlamaq istəyir.
Dünən sakinlər və şirkətin işçiləri arasında qalmaqal da baş verib.
Sakinlər belə iddia edirlər ki, mübahisəli yolun bağlanma səbəblərindən biri də ərazidə olan marketdir.
“Melissa park”dan isə bildirdilər ki, daha əvvəl həmin ərazidə yol olmayıb. İndiki mübahisəli yerdə elə əvvəl də qapı olub və kənardan əraziyə daxil olmaq üçün qapalı olub. Tikinti işləri bitdiyinə görə sakinlərin təhlükəsizliyini təmin etmək üçün həmin ərazidəki qapı bərpa edilir. Ərazidə piyada keçidi üçün də yer ayrılacaq. O da qeyd olundu ki, ərazinin şirkətə aid olduğunu bildirən bütün sənədlər mövcuddur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.