Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Uşaq xəstəxanasında bir dənə sistem şlanqı tapılmadı – “TƏBİB cəmi 10 dənə verir”

Uşaq xəstəxanasında bir dənə sistem şlanqı tapılmadı – “TƏBİB cəmi 10 dənə verir”

Uşaq xəstəxanasında bir dənə sistem şlanqı tapılmadı – “TƏBİB cəmi 10 dənə verir”
2025-12-27 , 14:47

1 saylı Uşaq İnfeksion Xəstəxanasında sistem şlanqı tapılmır.

Bununla bağlı Milli.Az-a vətəndaş şikayəti daxil olub.
Vətəndaş bildirir ki, gecə saat 4-də övladının qızdırması yüksəldiyi üçün sözügedən xəstəxanaya gedib.
“Sistem qoşulmalı idi, o boyda xəstəxanada bir dənə sistem şlanqı tapılmadı. Məcbur gecə bütün şəhəri axtarıb işləyən aptek tapıb ordan almışam. Həkimlər deyir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) cəmi 10 dənə sistem şlanqı verir, o da çatmır”,- deyə şikayətçi iddia edir.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.