6 aya sağaldacağına söz verib, 6700 manatımızı aldı - Tanınmış nevroloqdan şikayət- FOTO
Biləsuvar rayonunun Nəsimi kənd sakini, 2002-ci il təvəllüdlü Qamət Hümbətlinin ailəsi nevroloq Hüseyn Soltanovdan şikayətçidir.
İddialara görə, anadangəlmə serebral iflic diaqnozu olan Qamət əvvəllər tam yataq xəstəsi olmayıb, sərbəst hərəkət edib, gündəlik həyatını müəyyən qədər özü idarə edə bilib. Lakin aparılan müalicədən sonra vəziyyətinin ağırlaşdığı bildirilir.
Qamətin anası Vəsilə Hümbətli Medicina.az -a açıqlamasında iddia edir ki, oğlu ATV -də Zaur Baxşəliyevin müəllifi olduğu verilişdə bu cür xəstələrə tam sağalma vədləri verən nevroloq Hüseyn Soltanovu görəndən sonra müalicəyə ümid edib.
Ailə daha sonra Bakıya gələrək həkimin çalışdığı “Ömür” klinikasına müraciət edib.
Şikayətçinin sözlərinə görə, ilkin qəbul və müayinələr üçün ödəniş etdikdən sonra onlara ümumi müalicə üçün təxminən 6700 manat lazım olduğu bildirilib.
“ Həkim dedi ki, kişi kimi bu uşağı 6 aya sağaldıb verəcəyəm. Sevincimdən ağladım. Kasıb adamam, kredit götürdüm, kənd kömək etdi. Pulun bir hissəsini əvvəl, qalanını sonra ödədim”, – deyə ana bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin aprelində xəstəyə müxtəlif iynələr vurulub, iynələrin birinin 300 manat olduğu deyilib, fizioterapiya və reabilitasiya prosedurları aparılıb. Lakin ailə iddia edir ki, müalicə dövründə xəstənin vəziyyəti yaxşılaşmaq əvəzinə pisləşib:


“Yeriyə-yeriyə apardığım oğlumu qucağımda qaytardım. İndi nə otura bilir, nə yeriyə. Bütün günü ağlayır”.
Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı müxtəlif qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına müraciət etsə də, hələlik nəticə əldə olunmayıb. O, klinikada xərclədiyi vəsaitin geri qaytarılmasını tələb edir.

Məsələ ilə bağlı Hüseyn Soltanovun köməkçisi Aynur xanım açıqlama verib. Bildirib ki, pasiyentlə bağlı bütün məlumatlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə təqdim olunub.
Onun sözlərinə görə, xəstəyə serebral iflic diaqnozu ilə nevroloq, ortoped və reabilitoloqlar tərəfindən kompleks müalicə aparılıb, botulinoterapiya, müxtəlif preparatlar və 32 günlük fizioterapiya kursu tətbiq olunub.
“Kurs başa çatanda xəstənin həyat keyfiyyəti daha yaxşı idi. Ona travmatoloji əməliyyat və 1 illik reabilitasiya tövsiyə edilmişdi”, – deyə açıqlamada bildirilib.
Ömür Klinikasının pasiyentin üzərində icra etdiyi müalicə prosedurları barədə Analitik Ekspertiza mərkəzinin sorğusuna cavabını əlavə edirik.

OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazandı - SİYAHI
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Media nümayəndələri təltif edildi - Siyahı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
"Məlhəm" hospitalından İDDİALARA CAVAB: "Səhvimiz varsa, qanun qarşısında cavab verəcəyik"
Qurbanlıq heyvanların satışı və kəsimi bu ünvanlarda təşkil ediləcək - SİYAHI
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: “Ərim şübhələndi, dedim ki, bir daha...” – ŞOK TƏFƏRRÜAT
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12