Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetində macarıstanlı professorun mühazirəsi olub

Qərbi Kaspi Universitetində macarıstanlı professorun mühazirəsi olub

Qərbi Kaspi Universitetində macarıstanlı professorun mühazirəsi olub
2023-05-17 , 19:41

Qərbi Kaspi Universitetinin “Beynəlxalq yaz mühazirələri" çərçivəsində növbəti qonağı Professor Laszlo Jozsa olub.
“Bazar çağırışları - 21-ci əsrdə marketinq alətləri” mövzusunda mühazirə ilə çıxış edən professor müasir dövrdə marketinqin əhəmiyyəti, sınaqdan çıxarılmış marketinq alətləri və bu sahədəki yeni trendlər barədə məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb. 
Daha sonra iştirakçılara sertifikatlar təqdim olunub. 
Professorun sabah da mühazirəsi keçiriləcək. 
Qeyd edək ki, Dr. László Jozsa, Macarıstanın Pannonia Universitetinin İqtisadiyyat Elmləri Fakültəsinin Marketinq və Menecment Kafedrasının professorudur. Macarıstan Elmlər Akademiyasında fəlsəfə doktoru dərəcəsini alıb.
Professor Avstriya, ABŞ, Böyük Britaniya daxil olmaqla bir sıra ölkələrdə mühazirələrlə çıxış edir.









Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.