Yenilik.Az
www.Yenilik.Az » Təhsil » ABŞ Universiteti Qərbi Kaspi Universitetinə təşəkkür məktubu göndərib

ABŞ Universiteti Qərbi Kaspi Universitetinə təşəkkür məktubu göndərib

ABŞ Universiteti Qərbi Kaspi Universitetinə təşəkkür məktubu göndərib
2023-09-12 , 15:00

ABŞ-nin Mərkəzi Florida Universiteti Qərbi Kaspi Universitetinə təşəkkür məktubu ünvanlayıb.


Yenilik.az xəbər verir ki, məktubda Qərbi Kaspi Universitetində keçirilən və Mərkəzi Florida Universitetinin 7 tələbəsinin iştirak etdiyi Yay Məktəbinin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə olunur.

Məktubda deyilir: “Mərkəzi Florida Universitetinin (UCF) tələbələri Xaricdə Təhsil Proqramı ilə Azərbaycanın Bakı şəhərinə unudulmaz səfərdən gözəl xatirələrlə qayıtdılar. UCF komandası universitetinizə baş çəkməkdən və rus dili, tarixi və mədəniyyəti üzrə dərslərdə iştirak etməkdən, eləcə də gözəl ekskursiyalarda iştirak etməkdən məmnun oldu. Bu, UCF tələbələri üçün təkcə rus mədəniyyəti və ədəbiyyatı haqqında deyil, həm də yerli mədəniyyəti öyrənmək üçün əla fürsət olmuşdur. Eyni zamanda Azərbaycanın könüllüləri ilə tanış olmaq və onlardan bəhrələnmək əhəmiyyətli idi. Bu səfər həqiqətən məhsuldar, xoş və yaddaqalan oldu. Biz gələcəkdə də universitetinizlə əməkdaşlığımızı davam etdirmək istərdik”.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.