Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Sumqayıtlı şagird heç bir hazırlıq keçmədən beynəlxalq olimpiadada 93 min nəfər arasında medal qazandı-VİDEO

Sumqayıtlı şagird heç bir hazırlıq keçmədən beynəlxalq olimpiadada 93 min nəfər arasında medal qazandı-VİDEO

Sumqayıtlı şagird heç bir hazırlıq keçmədən beynəlxalq olimpiadada 93 min nəfər arasında medal qazandı-VİDEO
2025-10-09 , 02:03

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Səbinə Qurbanlı beynəlxalq səviyyədə böyük uğura imza atıb.


O, Global Olimpiad Center tərəfindən təşkil olunan HIPPO – Sərhədsiz İngilis Dili Olimpiadasında fərqlənərək Azərbaycanı final mərhələsində təmsil edib.

Qeyd edək ki, Səbinə Qurbanlı bu mötəbər yarışa Sumqayıtdan qatılan yeganə şagird olub. O, heç bir əlavə kurs və ya məşğələyə qatılmadan, 73 ölkədən 93 148 şagirdin iştirak etdiyi olimpiadada yüksək nəticə göstərib. Səbinə Regional final mərhələsini imtahansız keçərək birbaşa beynəlxalq finala vəsiqə qazanıb.

Final mərhələsi İtaliyanın Assisi şəhərində keçirilib. Burada Azərbaycanı uğurla təmsil edən Səbinə Qurbanlı sertifikat və medalla təltif olunub.

Sumqayıt təhsil sektorunun müdiri İman Ağayev gənc istedadı təbrik edib, gələcəkdə daha böyük nailiyyətlər arzulayıb. Şagirdin müəllimləri və valideynləri isə Səbinənin uğurunu qürur hissi ilə qarşılayıblar.

Bu uğur bir daha sübut edir ki, istedad və əzmkarlıq olduqda, beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etmək üçün heç bir sərhəd yoxdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.