Buraxılış imtahanları ilə bağlı yaranan suallara DİM sədrindən MÜNASİBƏ: Tövsiyə edərdim...
İmtahan suallarının çətinlik dərəcəsi ilə bağlı səslənən fikirlərə münasibət bildirmək üçün biz yekun imtahan nəticələrini görməliyik. Buraxılış imtahanlarında əsas hədəflərdən biri də bacarıqların yoxlanılmasıdır. Burada yazılı cavab tələb edən tapşırıqlardan daha çox istifadə olunmasının məqsədi də elə budur. Ona görə də bizə təqribən bir ay vaxt lazım olur ki, yoxlama işlərini tamamlayaq və nəticəni elan edək. Real mənzərəni biz yalnız o vaxt görəcəyik. Hazırda emosiyaların sağlam məntiqi üstələdiyini görürük.
O bildirib ki, demək olar, hər dəfə imtahandan sonra eyni vəziyyətlə üzləşirik:
"Biz dəfələrlə qeyd etmişik ki, DİM-in test bankında tapşırıqlar çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda hər üç mürəkkəblik səviyyəsinə uyğun tapşırıqlardan istifadə olunur. İmtahanlardan sonra şagirdlərin və valideynlərin həyəcanını və narahatlığını başa düşürük. Bu imtahanlar minlərlə gəncin gələcəyi ilə bağlı mühüm mərhələdir və onların hər birinin keçirdiyi hissləri anlayışla qarşılayırıq. Dövlət İmtahan Mərkəzi üçün ən vacib məsələ imtahan prosesinin ədalətli, şəffaf və hər bir iştirakçı üçün bərabər şərtlər altında keçirilməsidir.
Bununla belə, insanlar bəzən imtahanın məqsədini düzgün qiymətləndirmirlər. Buraxılış imtahanları yekun attestasiya ilə bərabər, ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsidir. Həmçinin kollecə qəbul olmaq üçün də bu nəticələr əsas götürülür. Yəni biz bilik və bacarıqlarına görə imtahan iştirakçıları arasında müəyyən seçim etməliyik. Ona görə də imtahanda çətin tapşırıqlar da olur. Çünki yüksək hazırlıqlı abituriyentləri də fərqləndirmək lazımdır. Ancaq kimsə iddia edə bilməz ki, imtahan ümumilikdə çətindir və iştirakçıların testlərə cavab vermək imkanları olmayıb.
Ənənəvi təhlillərimiz göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi insanlar tərəfindən səsləndirilən mülahizələr doğru olmur. İmtahanın çətinliyi ilə bağlı sosial şəbəkələrdə yazılanlara əsasən fikir yürütmək olmaz. Sosial şəbəkələrdə bəzən yalnız bir tapşırığa görə ümumilikdə imtahanın çətin olması fonu yaradılır. Ancaq həqiqətdə belə olmur. Test blokunda orta və asan tapşırıqlar da yer alır. Bizim təhlillərimiz də bunu göstərir. İmtahanda istifadə olunan testlərin etibarlılıq əmsalları çox yüksəkdir. Mən hər bir müəllimə, ekspertə, eləcə də pedaqoji ictimaiyyət nümayəndələrinə DİM-in saytında yerləşdirilən "Abituriyent 12" jurnalını açıb oxumağı tövsiyə edirəm. Hər hansı bir fikir yürütməzdən əvvəl, gərək sizin əlinizdə onları əsaslandıra biləcək məlumat bazası olsun. Bu xüsusilə kütləvi imtahanlar zamanı çox vacibdir".
DİM sədri qurumun statistik təhlillərində yer alan bir məsələyə də diqqət çəkib:
"2023-cü ildə 9-cu sinif üzrə və 2025-ci ildə 11-ci sinif üzrə buraxılış imtahanlarında iştirak edən eyni şagirdlərin imtahandan aldıqları qiymətlərin paylanmasına baxsanız, aydın olur ki, nəticələr arasında korrelyasiya, yəni uyğunluq var. Məsələn, riyaziyyat fənni üzrə nəticələri müqayisə etsək görərik ki, 9-cu sinifdə 75-100 bal toplayan şagirdlərin 86.4%-i həmin nəticəni 11-ci sinif buraxılış imtahanında da təkrarlayıb. Eləcə də 9-cu sinifdə 0-25 bal toplayanların 87.6%-i 11-ci sinifdə yenə həmin aralıqda bal toplaya bilib. Yəni statistika göstərir ki, fundamental bilik və bacarıqları aşağı siniflərdə zəif olan şagirdlər sonrakı dövrlərdə göstəricilərini artıra bilmirlər. Ancaq məktəbdən kənar fərdi hazırlıqla məşğul olan şəxslər və ya kurslar belə şagirdləri müəyyən vədlər verməklə özlərinə cəlb edirlər. Yekun nəticədə isə həmin şagirdlər iki il sonra lazımi balı toplaya bilmədikdə məsuliyyəti daha çox imtahanın və onun çətinliyinin üzərinə yükləməyə çalışırlar. Halbuki valideyn müəyyən edə bilər ki, 9-cu sinifdə imtahan verən övladı 11-ci sinifdə təqribən nə qədər bal toplaya biləcək. Bunların hamısı bizim təhlillərimizdə yer alır.
Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Həftəsonu növbəti istiqamət üzrə buraxılış imtahanıdır. Biz artıq bilirik ki, bəzi insanlar ayın 9-u, bəziləri isə ayın 15-də olan imtahanın asan və ya çətin olduğunu iddia edəcəklər. Ancaq iştirakçılar real imtahan şəraitini nəzərə almırlar. 9-u imtahan verən rahat şəkildə evdə oturaraq vaxt limiti və s. amilləri nəzərə almadan testlərə baxıb asan deyəcək, digərləri isə əksinə birinci imtahanı asan hesab edəcək. Çünki imtahan iştirakçıları sualları vaxt limiti, imtahan mühiti və psixoloji gərginlik kimi amilləri nəzərə alaraq cavablandırırlar, sonradan testlərə baxanlar isə həmin şəraitdən kənarda qiymətləndirmə aparırlar.
Bir daha qeyd etmək istərdik ki, müxtəlif zonalar üzrə imtahan variantları xüsusi proqram təminatı və standart alqoritm əsasında eyni prinsiplə formalaşdırılır. Daha konkret desək, hər bir variantda tapşırıqların çətinlik səviyyələri üzrə paylanması eyni olur. Uzun illər aparılan statistik təhlillər göstərir ki, müxtəlif zonalarda istifadə olunan test blokları arasında korrelyasiya əmsalı 0.9-dan yüksəkdir. Bu isə imtahan variantlarının çətinlik səviyyəsinin statistik baxımdan ekvivalent olduğunu və fərqlərin yalnız məqbul statistik xəta çərçivəsində qaldığını göstərir".
OXŞAR XƏBƏRLƏR

Misir Mərdanovdan nazirə çağırış – “Uşaqları “şikəst” edirsiniz…”
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
DİM-in son qərarı abituriyentləri AYAĞA QALDIRDI… “Bu uşaqların teleyi ilə oynayırlar”
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14