Yenilik.Az
www.Yenilik.Az » Qubad İbadoğlunun ailəsinin ölkədən çıxışına qadağa qoyuldu

Qubad İbadoğlunun ailəsinin ölkədən çıxışına qadağa qoyuldu

Qubad İbadoğlunun ailəsinin ölkədən çıxışına qadağa qoyuldu
2023-09-05 , 13:21

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyulub.

Yenilik.az xəbər verir ki, bu barədə onun qardaşı Qalib Toğrul məlumat yayıb.
Xatırladaq ki, Qubad İbadoğlu iyul ayında həbs edilib.
O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.