Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət »  Qubad İbadoğlunun ən yaxın adamı istefa verdi - SENSASİON BƏYANAT

 Qubad İbadoğlunun ən yaxın adamı istefa verdi - SENSASİON BƏYANAT

 Qubad İbadoğlunun ən yaxın adamı istefa verdi - SENSASİON BƏYANAT
2023-08-03 , 13:39

İqtisad elmləri doktoru Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) təsisçilərindən olmuş İbrahim İbrahimli ADR-dən istefa verib.
Musavat.com xəbər verir ki, o bu barədə bəyanat yayıb.
Musavat.com-a daxil olan bəyanatı olduğu kimi təqdim edirik:
"Müsavat Partiyasının məlum 2014-cü il qurultayında keçirilən başqan seçkiləri zamanı baş verənlərə etiraz əlaməti olaraq, bir sıra şəxslərlə birgə bizlər də partiya ilə münasibətlərimizə son qoyduq. Sonrakı müzakirələr zamanı Müsavat Partiyasından ayrılan Vurğun Əyyub, Adil Qeybulla, Qubad İbadoğlu kimi tanınmış simalarla birgə bir hərəkat formalaşdırmaq qərarına gəldik. Təşkilatın rəhbərliyinə Vurğun Əyyubun təklifi ilə daha gənc olduğunu nəzərə alaraq, Qubad İbadoğlunun namizədliyi irəli sürüldü və o hərəkat rəhbəri oldu. İlk vaxtlar, hərəkatda hər bir qərar kollektiv müzakirə yolu ilə qəbul olunurdu. Dövlət mənafeyinin bütün tənqidi fəaliyyətimizdə nəzərə alınması, ayrı-ayrı sahələrdə baş verən nöqsanlar, onların həlli yolları ilə bağlı konkret təkliflər hazırlanır və mətbuatda dərc olunurdu. Prinsipial mövqe ilə sivil mübarizə üsullarının müştərək tətbiqi fəaliyyətimizin əsas qayəsi idi.
Lakin Vurğun Əyyubun vəfatından sonra, ADR-in sürətlə partiyaya çevrilməsi prosesi başladı. Onlayn qurultay ilə bu iş tezliklə yekunlaşdı və ADR partiya elan edildi. Hələ ADR hərəkatının son aylarından başlayan separatçılıq, ayrı-ayrı reputasiyası şübhəli fərdlərin şirnikləndirilərək təşkilata doldurulması vicdanlı üzvlər tərəfindən narazılıqla qarşılanmağa başlamışdı. Üzvlərə təlqin olunurdu ki, tezliklə ölkə rəhbərliyi dəyişdiriləcək, Qubad bay ABŞ tərəfindən ölkəyə rəhbər gətiriləcək, onun arxasında 50- dən çox kongresmen dayanır və s. Bu məqsədlə, Qubad bəyin təsir altına düşmək kimi zəif xarakterindən istifadə edən partiyanın İdarə heyətinin üzvü Ədalət Yusub və onun qaragüruh çevrəsi təşkilatı tamamilə marginallaşdırdı və sədr də bu xətti dəstəkləməyə başladı. Qubad bəyin ölkədaxili proseslərə münasibətindəki istiqamət məhz bu şəxslərin ritorikası ilə İdarə heyətinin toplantılarından qaynaqlanırdı.
Bununla razılaşmayan insanlar, partiyadan bir-bir istefa verməyə başladılar. Bu istefalara öyrədilmiş partiya üzvlərinin göstərdiyi əxlaqsız münasibət, şər kompaniyası partiya daxili mühitin nə qədər murdar, eybəcər və artıq geridönməz olduğunu göstərdi. Son proseslər bunların məntiqi nəticəsi kimi bir daha göstərdi ki, istefa verənlər nə qədər haqlı imiş.
Bütün bunları nəzərə alaraq, ADR hərəkatından istefa verdiyimi bildirirəm".
Qeyd edək ki, Müsavat Partiyasının Nəzarət - təftiş komissiyasının sabiq sədri İbrahim İbrahimli 2015-ci ildə keçirilmiş qurultay zamanı Qubad İbadoğlu tərəfindən hərəkatın icra aparatının rəhbəri təyin edilib, sonradan isə sıravi üzv kimi fəaliyyətini davam etdirib. Onun partiyanın sədri Qubad İbadoğlu ilə yaxın münasibətləri olub.
WhatsApp Image 2023-08-03 at 13.06.38.jpeg (143 KB)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.