Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Usubovun qardaşı oğlu işdən çıxarıldı, Zalovun kürəkəni gətirildi

Usubovun qardaşı oğlu işdən çıxarıldı, Zalovun kürəkəni gətirildi

Usubovun qardaşı oğlu işdən çıxarıldı, Zalovun kürəkəni gətirildi
2023-03-10 , 15:08

Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov işdən çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Hikmət Usubov işdən azad edilərək sərəncama götürülüb.
Nazirin digər əmri ilə sözügedən vəzifəyə rotasiya qaydasında Sabunçu Mühafizə İdarəsinin rəisi, polis polkovniki Əşrəf Allahyarov təyin edilib.
Qeyd edək ki, hər iki polis zabiti yüksək vəzifəli şəxslərin qohumudur. Hikmət Usubov sabiq daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu, Əşrəf Allahyarov isə daxili işlər nazirinin keçmiş müavini Oruc Zalovun kürəkənidir.
Xatırladaq ki, general-leytenant Oruc Zalov ötən ilin dekabrında təqaüdə göndərilib. O, 1998-2022-ci illərdə nazir müavini olub. 1994-2019-cu illərdə daxili işlər naziri olan Ramil Usubov isə hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.