Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Dünyanın ən xoşbəxt ölkələri - SİYAHI

Dünyanın ən xoşbəxt ölkələri - SİYAHI

Dünyanın ən xoşbəxt ölkələri - SİYAHI
2023-03-22 , 07:18

Finlandiya ardıcıl altıncı ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. 

Yenilik.az xəbər verir ki, belə qiymətləndirmə BMT-nin sifarişi ilə ekspertlər qrupunun hazırladığı illik Dünya Xoşbəxtlik Hesabatında yer alıb.
Finlandiya təqibçilərdən əhəmiyyətli fərqlə yenə birinci yeri tutub. Ən xoşbəxt üç ölkə dəyişməz qalıb, sonrakı yerlərdə Danimarka və İslandiya qərarlaşıb. İlk onluq arasında ən böyük artımı İsrail göstərib - doqquzuncu yerdən dördüncü yerə yüksəlib. Liderlər siyahısında  Hollandiya, İsveç, Norveç, İsveçrə, Lüksemburq və Yeni Zelandiya da var.
Keçmiş SSRİ respublikaları arasında Rusiya 80-cı yerdən 70-ci yerə yüksəlib. Litva 20-ci yedədir. Ardınca Estoniya (31-ci yer), Latviya (41-ci yer), Kazaxıstan (44-cü yer), Özbəkistan (54-cü yer), Qırğızıstan (52-ci yer), Ermənistan (79-cu yer), Tacikistan (80-ci yer), Gürcüstan (90-cı yer), Ukrayna (92-ci yer) gəlir.
ABŞ 15-cidir, Almaniya 16-cı, Böyük Britaniya 19-cudur, Fransa ilk onluqdan çıxıb, 21-cidir. 
Sonuncu yerlərdə Əfqanıstan və Livandır. Müvafiq olaraq 137 və 136-cı sıradadırlar. 
Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən bəri hər il dərc olunur. Tədqiqatçılar onu tərtib edərkən adambaşına düşən ümumi daxili məhsul, sosial dəstəyin səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına hörmət, iş təhlükəsizliyi, korrupsiyanın səviyyəsi kimi göstəriciləri, habelə ictimai rəy sorğularının nəticələrini nəzərə alırlar. Bu, üç il ərzində toplanmış orta göstəricilərə əsaslanır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.