Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediasiya xidmətlərinin əhatə dairəsi genişlənir

Mediasiya xidmətlərinin əhatə dairəsi genişlənir

Mediasiya xidmətlərinin əhatə dairəsi genişlənir
2023-05-25 , 22:11

Mediasiya Şurası Maliyyə Mübahisələri Komitəsinin (MMK) layihəsi üzrə, Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə 24 may 2023-cü il tarixində Mediasiya Şurası ilə İcraçı Kredit Agentliyi Bank olmayan Kredit Təşkilatı arasında görüş keçirilib.

Görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İcraçı Kredit Agentliyinin İdarə Heyətinin sədri Arif Əliyev çıxış edib.
Görüş zamanı BOKT-larda mübahisələrin alternativ həlli yolu kimi mediasiyanın rolu və əhəmiyyətindən danışılıb, üstünlükləri vurğulanıb. Həmçinin bu sahədə olan qurumlarla əməkdaşlıqların qurulması və təcrübələrdən səmərəli istifadə üsulları müzakirə olunub.
Eyni zamanda görüş ərzində İmişli rayonu üzrə baxılmalı olan işlərin Sabirabad 1 saylı Mediasiya Təşkilatında keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsini təmin etmək məqsədi ilə Mediasiya Şurasının Komissiya sədri Mayıl Əhməd, Masallı rayonu üzrə baxılmalı olan işlərin Lənkəran Mediasiya Təşkilatı keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsini təmin etmək məqsədi ilə isə mediasiya təlimçisi Sadiq Bağırov əlaqələndirici #mentor qismində müəyyən edilmişdir. Eyni zamanda yerindəcə Sabirabad 1 saylı mediasiya təşkilatının rəhbəri Musa Ramazanov və Lənkəran 1 saylı mediasiya təşkilatının rəhbəri Ramin Şükürovla əlaqələndirmə həyata keçirilmiş və mediasiya işlərinin çevik əlaqələndirilməsi məsələləri təmin edilmişdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.