Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət »  Aytən Səfərova şirniyyat mağazasından şikayət etdi

 Aytən Səfərova şirniyyat mağazasından şikayət etdi

 Aytən Səfərova şirniyyat mağazasından şikayət etdi
2023-06-03 , 17:59

Aparıcı Aytən Səfərova şirniyyat satılan mağazalardan birindən şikayətçidir.

Yenilik.az xəbər verir ki, bu barədə o instaqramda paylaşım edib.
Səfərova şirniyyatların yarım gün ərzində artıq kifləndiyini və mağazanın pullarını qaytarmadığını qeyd edib:
"alba_cakes" - bu mağazadan məhsul alanda çox düşünün. Ailəmizin ən yaxın dostlarından biri, uşaqlarımızın kirvəsi bu mağazadan şirniyyat alıb. Yarım gün keçməmiş kif atmağa başlayıb. Nə istidən, nə "təbii" olduğundan! Keyfiyyətsizliyindən və köhnəlməsindən! Nə pulu qaytarırlar, nə üzrxahlıq edirlər. Ayıb olsun!


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.