Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Elşad Miridən maraqlı açıqlama: - Quranda qurban bayramı YOXDUR?

Elşad Miridən maraqlı açıqlama: - Quranda qurban bayramı YOXDUR?

Elşad Miridən maraqlı açıqlama: - Quranda qurban bayramı YOXDUR?
2023-06-27 , 12:59

Qurban bayramı və ya Dini qurban kəsmə bayramı - İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Bir müddət əvvəl türkiyəli ilahiyyatçı Yaşar Nuri Öztürkün verdiyi açıqlama müzakirələrə səbəb olub. O bildirib ki, Quranda qurban kəsmək anlayışı yoxdur.

Bəs həqiqətən, Quranda quraban kəsimi ilə bağlı heç bir məsələ öz əksini tapmayıb?
Bu barədə Referans.az- danışan ilahiyyatçı Elşad Miri bildirib ki, qurban kəsimi haqqında Quranda ayə var, lakin insanlar qurbanı kim üçün kəsdiklərini bilmirlər:
“Quranın “Kövsər” surəsində Allah buyurub ki, namaz qılın və rəbbiniz üçün qurban kəsin. Yəni kəsdiyin qurbanın da, qıldığın namazın da Allah üçün olsun. Burada konkret ayə var. Yəni qurban kəsmək mütləq 610-cu ildə gələn bir kitabda müsəlmanlara vacib buyurulmuş bir məsələ deyil. Allah hər bir ümmətə qurban ibadətini əmr edib. Bu gün bəziləri qurban ibadətini kəssən də olar, kəsməsən də olar, deyirlər. Bəziləri isə bunun vacib olduğunu deyirlər. Amma Quranda bunun müstəhib olduğu və ya vacib olduğunu görmək heç bir şəkildə doğru yanaşma tərzi deyil. Bu qurbanı  imkanlı şəxslərin kəsməsi və insanlar arasında paylaşması ilə bağlıdır. Qurani-Kərimdə məlum olur ki, Allah hər bir ümməti üçün qurban ibadətini əmr edib. Qurban əslində bizim dildə işlədildiyi kimi  ərəb dilində işlədilmir. Qurban ərəb dilində yaxınlaşmaq deməkdir. Biz bilirik Allah bizə şah damarımızdan yaxındır. Biz qurbanlar kəsərək Allaha yaxınlaşmağa çalışırıq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.