Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Xəstəlik bütün orqanlara yayılıb" - Tanınmış aparıcının bacısı DANIŞDI

"Xəstəlik bütün orqanlara yayılıb" - Tanınmış aparıcının bacısı DANIŞDI

2023-07-07 , 00:03

“Natavan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib”.

Yenilik.az xəbər verir ki, bunu müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşən və reanimasiyaya yerləşdirilən tanınmış aparıcı Natavan Babayevanın bacısı "Yenicag"a açıqlamasında bildirib.
O, müayinələrin davam etdiyiyni deyib:
“Natavan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Bacım onkoloji xəstəliklə mübarizə aparır. Süd vəzisində başlanan xəstəlik artıq ağırlaşıb, digər orqanlara yayılıb.
Hələ dəqiq proqnoz verilmir. Türkiyəyə gedəcəyimizlə bağlı bir söz deyə bilmərəm. Çünki müayinə, konsilium olacaq. Bundan sonra dəqiq bir söz deyə bilərik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.