Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi (FOTO)

Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi (FOTO)

Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi (FOTO)
2023-09-30 , 12:28

Millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onunla bağlı sosial şəbəkədə paylaşım edib. 


Yenilik.az xəbər verir ki, o şəxsi insatqram hesabında deputatla şəkilini yayımlayaraq Ramiz Rövşənin "Ayrılıq” şeirindən bir hissə paylaşıb:

"Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!
"Ölmədim" deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə”.

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, II Fəxri Xiyabanda torpağa tapşırılıb.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.