Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Ölüyə belə məzar daşı qoymaq haramdır” – İlahiyyatçıdan səs-küylü açıqlama 

“Ölüyə belə məzar daşı qoymaq haramdır” – İlahiyyatçıdan səs-küylü açıqlama 

“Ölüyə belə məzar daşı qoymaq haramdır” – İlahiyyatçıdan səs-küylü açıqlama 
2023-11-26 , 15:23

“Təntənəli baş daşlarını yığışdırmaq lazımdır. Bu, nə dinimizə, nə mənəvi dəyərlərimizə, nə də insanların maddi imkanlarına uyğundur”.


Referans.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Tural İrfan deyib.

Onun sözlərinə görə, kasıb təbəqə məmurlara baxıb məcbur bahalı məzar daşı alırlar:

“İmkanlı şəxslər öz mərhumlarının məzarına təntənəli, böyük, bahalı daşları qoyur, qəbrin ətrafına hasar çəkirlər. Digər insanlar da dəstədən geri qalmaq istəmirlər. Ona görə də, hansısa aidiyyəti qurum tərəfindən qərar qəbul edilməli, qəbiristanlıqlarda standart daşlardan istifadə edilməlidir. Çindən, müxtəlif yerlərdən daş gətirib inhisarçılar özləri üçün biznes təşkil ediblər”.
İlahiyyatçı deyib ki, islam dinində, əksər müsəlman ölkələrində, eləcə də qardaş Türkiyədə, dost Pakistanda və Mərkəzi Asiya ölkələrində belə bir şey yoxdur:


“Hətta xristian və katolik qəbiristanlıqlara baxmaq lazımdır. İnsan səliqə və sıra ilə dəfn olunmalı, normal, standart baş daşı tərtib edilməlidir. Təntənəli şəkildə məzarlar həm israfçılıqdır, həm günahdır, həm də dinimizə yad olan bir məsələdir.

Tanınmışlar, Fəxri Xiyabanda dəfn olunan şəxslər istisnadır. Bunu hər kəs bilir ki, onların üzərində abidə ucaldılır və ucaldılmalıdır da. Bu, bizim tariximizdir! Amma sıravi vətəndaş da götürüb abidə ucaltsa, dünya qəbiristanlıqdan ibarət olar”.

T.İrfan israfçılığın günah və haram olduğunu bildirib:

“Onun əvəzində şəhid ailəsinə, kasıb insanlara yol, bulaq çəkmək lazımdır, xeyriyyə işi görmək məsləhətdir. Dinimiz buna təşfiq edir. Azərbaycanda qəbiristanlıqlara xərclənən pulu toplasaq, bəlkə bir rayon, şəhər, müasir tipli yaşayış məntəqəsi salmaq olardı. Ona görə də millətimiz harama, israfa yol verməməlidir. Din xadimləri də bunu yas məclislərində və ya digər məclislərdə insanlara tövsiyə etməli, onları bu məslələrdən çəkindirməlidirlər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.