Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mediasiya Şurası və Sumqayıt Dövlət Universiteti arasında səmərəli görüş keçirilib.

Mediasiya Şurası və Sumqayıt Dövlət Universiteti arasında səmərəli görüş keçirilib.

Mediasiya Şurası və Sumqayıt Dövlət Universiteti arasında səmərəli görüş keçirilib.
2023-12-09 , 21:22

Mediasiya Şurası və Sumqayıt Dövlət Universiteti arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 8 dekabr 2023-ci il tarixində universitetin tələbələri ilə görüş keçirilib.


Görüşdə Mediasiya Şurasını Sumqayıt 1 saylı Mediasiya Təşkilatı təmsil edib. Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov, mediatorlar Elçin Hüseynov, Qabil Əsgərov və Vüsalə Nəcəfova universitetin müəllim və tələbə heyəti qarşısında mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.