Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Türkiyənin tanınmış hüquq professoru Mediasiya Şurasında oldu

Türkiyənin tanınmış hüquq professoru Mediasiya Şurasında oldu

Türkiyənin tanınmış hüquq professoru Mediasiya Şurasında oldu
2024-01-16 , 16:40

Bu gün Türkiyə Cümhuriyyətinin ustad hüquqşünas alimlərindən biri olan Mərmərə Universitetinin Hüquq fakultəsinin professoru, dr. Tələt Canbolatın Mediasiya Şurasını ziyarət etməsindən qürur duyduq. 

Bu barədə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib.
"Dəyərli professorumuz Tələt bəy eyni zamanda Türkiyədə mediasiya və vəkillik sahəsində də böyük xidmətləri olan dəyərli professorlardandır. Tələt bəy kimi dəyərli professorlarımızın Türk Dünyası Mediatorlar Birliyinin qurulmasında da böyük rolu olacaq.  Tələt bəyə yüksək nəzakət və göstərdiyi dəstək üçün dərin təşəkkür edirik", deyə bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.