Bərdə 1 saylı Mediasiya Təşkilatı Mediasiya Şurası üzvlüyünə qəbul edildi

Dövlət qeydiyyatına alınmış Bərdə 1 saylı mediasiya təşkilatının Mediasiya Şurası üzvlüyünə qəbulu ilə bağlı məsələyə 6 fevral 2024-cü il tarixində keçirilən Mediasiya Şurasının İdarə Heyətinin iclasında baxılıb.
Belə ki, İdarə Heyətinin yekdil qərarı ilə Bərdə şəhəri üzrə fəaliyyət göstərəcək mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və təşkilat barədə məlumatların reyestrə daxil edilməsi qərara alınıb.
Vətəndaşlar artıq Bərdə, Ağdaş, Tərtər, Ağdam, Ağcabədi və Zərdab rayonu üzrə mübahisələrdə Bərdə 1 saylı mediasiya təşkilatına müraciət edə biləcəklər.
OXŞAR XƏBƏRLƏR