Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qar yağacaq - Xəbərdarlıq

Qar yağacaq - Xəbərdarlıq

Qar yağacaq - Xəbərdarlıq
2024-02-21 , 17:20

Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Fevralın 22-də əsasən Azərbaycanın şərq rayonlarında, 23-də isə əksər yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Lənkəran-Astara, Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, fevralın 23-də əsasən dağlıq və dağətəyi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.