Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İlahiyyatçı: “Quran”da günahkar insanların cəhənnəmdə yandırılmasından söhbət gedir, çünki yandırmaq Allaha məxsusdur”

İlahiyyatçı: “Quran”da günahkar insanların cəhənnəmdə yandırılmasından söhbət gedir, çünki yandırmaq Allaha məxsusdur”

İlahiyyatçı: “Quran”da günahkar insanların cəhənnəmdə yandırılmasından söhbət gedir, çünki yandırmaq Allaha məxsusdur”
2024-02-23 , 16:28

“İslam dinində meyiti yandırmaq yoxdur. İslama görə, dünyasını dəyişmiş insan torpağa dəfn edilməlidir, bu cür kəfənlənməsi vacibdir. Əgər insan dənizdə dünyasını dəyişərsə və quruya çıxma ehtimalı az olarsa, bu zaman dənizə atıla bilər. Ancaq cəsədin yandırılması İslamda qəti qadağandır. “Qurani-Kərim”də günahkar insanların cəhənnəmdə yandırılmasından söhbət gedir. Çünki yandırmaq Allaha məxsusdur”.

 
Bu sözləri Pravda.​​​​az-a ilahiyyatçı Tural İrfan Azərbaycan və Tacikistanın Xalq artisti Leyla Şərifovanın öz cənazəsinin yandırılmasını vəsiyyət etməsindən danışarkən deyib.
 
T.İrfan İslam dinində vəsiyyətin qaydalarından da danışıb: “Hər kəs vəsiyyət edə bilər. Vəsiyyətin yerinə yetirilməsi vacibdir. Ancaq bu şərtlə yerinə yetirilə bilər ki, vəsiyyət İslam dininə zidd olmasın. İslamın qayda-qanunlarına zidd olan vəsiyyət icra edilə bilməz. Məsələn, kimsə vəsiyyət edə bilər ki, mən öləndən sonra övladımı öldürün, filankəsi qətlə yetirin, cəsədimi yandırın və s. Yəni qanunlara və İslama zidd vəsiyyət icra edilməməlidir. Cəsədin yandırılması haramdır və böyük qəbahətdir. Amma bunu da qeyd etmək lazımdır ki, sözügedən Xalq artisti müsəlman idi, ya yox? Ola bilər ki, başqa dini qəbul edibmiş və öz dininə, əqidəsinə görə, yandırılmaq ayini mövcuddur. Əgər Xalq artisti başqa dini qəbul edibsə, ateist imişsə, yaxud yandırılma adəti olan buddizm kimi dinlərə tabe imişsə, buna qarışa bilmərik, müdaxiləmiz düzgün deyil. Müsəlman idisə, təbii ki, əksinə. Ola bilər, insan bilməzlikdən, öz dinini anlamamaq ucbatından belə bir vəsiyyət edib ki, məni yandırarsanız. Bu halda da vəsiyyəti yerinə yetirmək olmaz. Xalq artistinin dəfn işlərini aparan müsəlman din xadimi olacaqsa, o, bu işi həyata keçirməməlidir. İstənilən halda bu, məqsədəuyğun deyil. Leyla Şərifova azərbaycanlıdır. Azərbaycanlı olan şəxs isə bilir ki, öz dininə, əqidəsinə, İslam etiqadına ən azından hörmət etməlidir. Bizim tarixi ənənələrimiz var ki, vəfat edən dahilərimiz, böyüklərimiz, camaatımız torpağa dəfn edilir. Bu ənənəni pozmaq qəbahət hesab oluna bilər, yeni bir ənənə gətirmək sayılar. Xalq artistinin vəsiyyətini alqışlamıram. Bu cür qondarma adətləri, başqa dinlərdən, yaxud dinsizlikdən keçmə məsələləri öz millətimizin, xalqımızın arasında yayıb, təbliğ etmək, yaxud belə şeyləri icra etmək qəbahətdir. Hətta vacibdir ki, bununla bağlı bütün din xadimləri öz kəskin etirazlarını bildirsinlər. Dəfn yalnız İslam dininə uyğun olmalıdır”.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.