Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Orxan meyxanadan uzaqlaşır: "Sepli traktor kimidir, şumlaya-şumlaya gedir"

Orxan meyxanadan uzaqlaşır: "Sepli traktor kimidir, şumlaya-şumlaya gedir"

Orxan meyxanadan uzaqlaşır: 
2024-02-23 , 16:37

"Mən də çox istərdim ki, Orxan Lökbatanlı heç yerə getməsin, bizim yanımızda, meyxana meydanlarında olsun".

 
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov Orxan Lökbatanlının sənət dostlarından ayrı fəaliyyət göstərməsindən danışarkən deyib.
 
Ağamirzə Məmmədov məsələdən məlumatlı olduğunu vurğulayıb:

"Orxan Lökbatanlı bundan sonra mahnı oxumağa üstünlük verəcək. Onun gözəl mahnıları var. Bütün mahnıları sevilir. Hətta meyxana məclislərinə gedəndə ondan mahnı oxumağını xahiş edirlər. Onun ifasında bütün mahnılar əla aınır. Yeri gələndə meyxana da deyəcək, amma əsas mahnı oxumağa üstünlük verəcək. Məsələn, Namiq Qaraçuxurlu yolu kimi özünə cığır açacaq". 

Ağamirzə Məmmədov Orxan Lökbatanlının gedişini meyxana aləminə itki hesab etmədiyini qeyd edib:
 
"Allah nə ruzi yazıbsa odur, yazana pozu yoxdur. Orxan istedadlıdır. Amma meyxana sepli traktor kimidir, şumlaya-şumlaya gedir. Gündə bir meyxana deyən gəlir. Biri gedəndə, digəri gəlir. Bütün bunlara baxmayaraq, onun bizimlə olmasını istərdik". 

Qeyd edək ki, Rəşad Dağlının meyxana aləmində ən yaxın dostlarından hesab olunan Orxan Lökbatanlı sənət yoldaşları ilə meyxana məclislərinə qatılmaqdan imtina etməsi ilə bağlı məlumat yayılıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.