Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ukrayna universitetlərinə qəbul niyə dayandırılır? - AÇIQLAMA

Ukrayna universitetlərinə qəbul niyə dayandırılır? - AÇIQLAMA

Ukrayna universitetlərinə qəbul niyə dayandırılır? - AÇIQLAMA
2024-04-09 , 15:34

Təhsildə Keyfiyyətin Təşkili Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Ukrayna universitetlərinə gələn ildən qəbulun dayandırılması ilə bağlı suallara aydınlıq gətirib. 

 
Pravda.az-ın xəbərinə görə, sədr bu gün Medianın İnkişafı Agentliyi ilə birgə keçirilən təlimdə bildirib ki, hansısa universitetə qəbulun dayandırılması məsələsi müzakirə edilmir. 
 
O qeyd edib ki, vətəndaş istənilən coğrafiyada, hətta Havay adalarında da təhsil ala bilər: "Söhbət məhz mövcud reallıqdan irəli gələrək, tədrisin təşkilində bir növ müvafiq ölkəyə münasibətdə reallıqları nəzərə alaraq aidiyyəti təhlillərin aparılmasından gedir. Təbii ki, bu kontekstdə məsələni tam müəyyənləşdirəndən sonra yekunda cəmiyyətə mesajlarımızı verməliyik. Bu, o demək deyil ki, cari durumda belə bir qərar var. Bəzi ölkələrin də yanaşması ilə tanışıq. Faktiki olaraq bir sıra ölkələrdə artıq bununla bağlı qərar verilib. Bizim də ümdə məqsədimiz vətəndaşın rifahına xidmət etməkdir. Eyni zamanda cəmiyyətimizdə gələcəkdə əmək bazarına daxil olacaq kadrların səriştəsi ilə əlaqədar üzərimizə düşən öhdəliyi yerinə yetirməkdir. Onların kvalivasiyalarının, yetərli səriştələrinin müəyyənləşdirilməsi ilə bağlı indidən zəruri addımların atmaq durumundayıq ki, nəticədə cəmiyyət hər hansı xələl görməsin".
Aytəkin Qardaşova

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.