Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Vətəndaş nikahına girməsinlər”

“Vətəndaş nikahına girməsinlər”

“Vətəndaş nikahına girməsinlər”
2024-04-23 , 15:57

“Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. Deputat həmçinin vətəndaş nikahının insanlara yaratdığı çətinliklərdən də bəhs edib. 
Sədr Sahibə Qafarova isə qeyd edib ki, vətəndaş nikahı qanunsuzdur: “Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.