İlham Əliyev “Euronews”a müsahibə verib - Foto
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.
Müxbir: Prezident Əliyev, Sizinlə söhbət etmək həmişə olduğu kimi çox xoşdur. Biz Berlində, Petersberq İqlim Dialoqu tədbirindəyik. Bu, həqiqətən də COP29-a aparan yolun başlanğıcıdır. Yəqin ki, komandanız çox həyəcanlıdır. Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?
Prezident İlham Əliyev: Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz.
Müxbir: Qazıntı yanacağı ideyası ötən il BƏƏ-də keçirilən COP28-də üstünlük təşkil edirdi. Bilmək istərdim iki, Sizin fikrinizcə, COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilirmi?
Prezident İlham Əliyev: Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq.
Müxbir: COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz?
Prezident İlham Əliyev: Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.
Müxbir: Cənab Prezident, Sizinlə söhbət etmək xoş idi. Bu gün bizə vaxt ayırdığınıza görə çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev “Euronews”a müsahibə verib - Video
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
X Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində
MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR
Ramiz İsmayılov: "Ermənilərin yalanları ifşa olunduğu üçün Fransanın timsalında dünyanın bəzi güclərinin qoltuğuna sığınır"-MÜSAHİBƏ
Prezident “Euronews”a müsahibə verib
Hikmət Hacıyev: "Ermənistan məqsədli şəkildə sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır"
“Bir-birimizi günahlandırmağı dayandırmalıyıq”
“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
“Heç kim demədi ki, cənab Borrel, get bütün dünyanın qarşısında üzr istə”
Bakıda Zirvə görüşü başa çatdı
Anar Bağırov: “Vəkil seçərkən şou verilişlərinə baxıb qərar verməyin”
"Veteran" İCRA BAŞÇILARI: Seçkilər bitdi, kimlər postunu tərk edəcək? - SİYAHI
“İqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın”
Prezident Səhiyyə Nazirliyi ilə bağlı Fərman imzaladı 2026-07-02 , 16:37
“Yekun qərar hələ qüvvəyə minməyib” - Vəkildən “Arzum”un işi ilə bağlı açıqlama 2026-07-02 , 16:33
“Arzum“un qəzasında öən Amal kim idi? - Toyundan bir il sonra... 2026-07-02 , 16:18
Leyla Əliyeva Yevlaxda Cümə məscidində - Fotolar 2026-07-02 , 16:15
Şeyx Xameneinin vida mərasimində iştirak etməyəcək 2026-07-02 , 16:06
“Onun payını verə bilərəm, bəlkə onda adam oldu” – Anardan sərt sözlər 2026-07-02 , 16:05
"İstedadsız insanlar abırsız olur" - VİDEO 2026-07-02 , 16:02
Bu klinika təzminat ödəyəcək – Burun düzəldəndə gözü zədələyib 2026-07-02 , 15:59
“Allahdan istəyirəm, qan qussunlar” – Arzumun atası - VİDEO 2026-07-02 , 15:50
""Vağzalı" vida musiqisidir, restoranda nə işi var?”–Nazilə Səfərlidən İLGİNC RƏY 2026-07-02 , 15:47
Arzuma kəsilən cəza ağır və qeyri-mütənasibdir 2026-07-02 , 15:44
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi 2026-07-02 , 15:43
4 uşaq anası Arzum kimdir və o niyə həbs edildi? 2026-07-02 , 15:35
"Arzum" ləqəbli tiktoker məhkəmə zalında həbs olundu 2026-07-02 , 13:30
Leyen Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX PAYLAŞDI 2026-07-02 , 08:50
Bu qəzet və saytlara dəstək göstəriləcək - Siyahı 2026-07-02 , 08:48
“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı - Siyahı 2026-07-02 , 08:47
Leyla Əliyeva 13 yaşlı Emilin xatirəsinə həsr olunan anım tədbirində - Fotolar 2026-07-02 , 08:46
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək 2026-07-02 , 08:44
Sükansız və əyləcsiz avtomobilin sınağından video paylaşdı 2026-07-02 , 08:43
200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan 2026-07-02 , 08:39
“Üfüqdən o yana baxış...” - Video 2026-07-02 , 08:35
Leyla Əliyeva Yevlaxda - Fotolar 2026-07-02 , 08:34
Ceyhun Salmanov və əməkdaşları azadlığa buraxıldı 2026-07-02 , 08:30
Vəkillər Kollegiyasının sədri yubilyar vəkili ziyarət etdi - FOTO 2026-07-02 , 08:29
Azərbaycanlıdan böyrəyini alan alman qadın danışdı – milyonluq orqan alveri şəbəkəsinin ŞOK DETALLARI 2026-07-02 , 08:28
Tramp yeni təyyarəsini sevdi: ABŞ beləsini hazırlaya bilməzdi 2026-07-02 , 08:26
Sumqayıtda baxımsız vəziyyətdə olan şəhid bulağı 2026-07-02 , 08:25
“Sülh bizim üçün artıq hiss olunan məfhumdur” - Prezident 2026-07-01 , 23:59
Prezidentin sosial media hesablarında Lyayenin səfəri ilə bağlı videoçarx paylaşılıb - Video 2026-07-01 , 23:51
“Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin” 2026-07-01 , 20:37
“Cənub Qaz Dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir” 2026-07-01 , 20:36
İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar+Video-Yenilənib 2026-07-01 , 19:41
Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - Fotolar+Video-Yenilənib 2026-07-01 , 19:40
Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - MEDİA 2026-07-01 , 18:42
Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı 2026-07-01 , 17:56
"Ər çörəyi yeyəndə kökələcəm" - Azərbaycanlı model 2026-07-01 , 17:39
Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi 2026-07-01 , 13:01
Müasir rəqəmsal inkişaf quruculuğuna böyük töhfə 2026-07-01 , 12:58
"Qızım xəstədir, çox narahatam" 2026-07-01 , 12:57
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub - FOTO 2026-07-01 , 12:49
Aqşin Fateh restoran açır 2026-07-01 , 12:47
Şəbnəm Tovuzlu görüntüsü ilə diqqət çəkdi - VİDEO 2026-07-01 , 12:41
"Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm" - Sərdardan illər sonra etiraf 2026-07-01 , 12:38
"Boşanandan 4 ay sonra özümdən 37 yaş kiçik xanımla evləndim" - Tariyel Qasımov 2026-07-01 , 12:35
Elgiz Əkbərin anası vəfat etdi 2026-07-01 , 12:30
Nazilə Səfərli izləyicisini polisə verdi: "Sizin üçün Arzum deyiləm" - FOTO 2026-07-01 , 07:37
Rəqsanənin qızından gözlənilməz addım: Adını dəyişdirdi - FOTO 2026-07-01 , 07:36
Rəqqasənin yeniyetmə oğlu maşın sürdü – VİDEO 2026-07-01 , 07:29