Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Abşeron RİH Milli Qurtuluş gününə həsr edilən tədbirə 200 min manata yaxın vəsait xərcləyəcək

Abşeron RİH Milli Qurtuluş gününə həsr edilən tədbirə 200 min manata yaxın vəsait xərcləyəcək

Abşeron RİH Milli Qurtuluş gününə həsr edilən tədbirə 200 min manata yaxın vəsait xərcləyəcək
2024-06-14 , 16:38

Abşeron Rayon İcra Hakimiyyəti (RİH) "Milli Qurtuluş günü” ilə əlaqədar xidmətlərin satın alınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

 
Pravda.az xəbər verir ki, RİH "Proqress İnşaat EN" Məhdud Məsuliyyət Cəmiyyətini tenderin qalibi elan edib.
 
Beləliklə, onlar arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, Abşeron Rayon İcra Hakimiyyəti tədbirin təşkilinə görə şirkətə 190.331,64 manat ödəniş edəcək.
 
Qeyd: "Proqress İnşaat EN" 2021-ci ildə 1000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur. MMC 2021-ci il tarixdə Şirinov Eldar Bəhlul oğlu tərəfindən təsis edilib. E.Şirinovun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.