Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Kontakt Home” satdığı telefonu qeydiyyat keçirmədi, bağlandı

“Kontakt Home” satdığı telefonu qeydiyyat keçirmədi, bağlandı

“Kontakt Home” satdığı telefonu qeydiyyat keçirmədi, bağlandı
2024-07-12 , 17:06

“Kontakt Home” mağazalar şəbəkəsindən telefon alan şəxslərdən biri narazılığını bildirib.

 
Pravda.az-ın xəbərinə görə, o, mağaza əməkdaşlarını məsuliyyətsiz adlandırıb.
 
“Sizin məsuliyyətsizliyiniz ucbatından mobil telefon artıq 1 gündür işləmir. “Call center” də normal söz yazmır. Filiala yaxınlaşıram “2 günə açılacaq” deyirsiz. Niyə işinizi normal şəkildə görə bilmirsiniz ki, telefon bağlanır? Sizdən aldığım telefonun IMEI kodunu bəyəm mən keçirməliydim qeydiyyatdan? İki gün mən nə işlətməliyəm? Gecikmiş kreditə görə məhkəməyə verə bilirsiz, amma öz səhviniz olanda yaxına gəlmirsiz. Xidmət göstərib mal satırsınız millətə, yoxsa stress yaşadırsız? Bilinmir. Səhv etmisinizsə, müvəqqəti telefon verməlisiNİz ki, işimizi görə bilək” – o qeyd edib

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.