BMW, MINI və Rolls-Royce avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı cərimələnir - Fizuli Ələkbərova məxsusdur

“İmprotex Motors” MMC-yə yazılan inzibati protokola baxılacaq növbəti tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, sənədə sənədə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə avqustun 26-da baxılacaq.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 231.4-cü (Bu Məcəllənin 231.3-cü (Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə) maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: Qanuni təmsilçisi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov olan şirkət BMW, MINI və Rolls-Royce avtomobillərinin Azərbaycanda rəsmi idxalçısıdır.
OXŞAR XƏBƏRLƏR