Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat

Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat

Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat
2024-09-27 , 15:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə direktor əvəzi təyin edilib.


Qaynarinfo-nun məlumatına görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədova Mətanət Nəbi qızı sözügedən quruma direktor əvəzi  təyin olunub. 

Mətanət Məmmədova bu vəzifəyə qədər nazirlik Aparatının Əlillik siyasəti şöbəsinin Reabilitasiya məsələləri sektorunun müdiri, daha əvvəl isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 

Xatırladaq ki, 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olan və parlamentə mandat qazanan Nigar Məmmədova DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor idi. Artıq onun vəzifəsinə xitam verilib. Nigar Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun həyat yoldaşıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.