Tanınmış meyxanaçı Xəyyam Əhmədli VƏFAT ETDİ

Meyxanaçı Xəyyam Əhmədli vəfat edib.
Qeyd edək ki, Xəyyam Əhmədli uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirdi.
Qeyd edək ki, Xəyyam Əhmədli 1980-ci ildə Bakının Xətai rayonunda, Əhmədli yaşayış massivində anadan olub. Ali təhsil almayan Xəyyam, meyxana sənətində özünəməxsus üslubu ilə tanınıb. Ailəlidir, övladı yoxdur.
Son illər Xəyyam Əhmədli sağlamlıq problemləri ilə mübarizə aparırdı. O 2018-ci ildə ürəyindən anju əməliyyatı keçirib. 2023-cü ildə isə insult keçirib və ağır ürək problemi ilə əlaqədar xəstəxanada müalicə alırdı.
OXŞAR XƏBƏRLƏR